ABŞ-ın Men ştatının Banqor şəhərindəki hava limanından havaya qalxarkən qəzaya uğrayan şəxsi biznes-cetin göyərtəsində olan altı nəfər həlak olub. Bu barədə CBS News Men ştatı polisinin məlumatına istinadən xəbər yayıb.
Hadisə 25 yanvar, bazar günü, yerli vaxtla saat 19:45 radələrində baş verib. İlkin məlumata görə, təyyarə uçuş-enmə zolağından qalxdıqdan qısa müddət sonra aşıb və alovlanıb. Göyərtədə olanların hamısı hadisə yerində həyatını itirib.

