Nyu-Yorkun Rockaway Beach çimərliyi sahil yaxınlığında köpəkbalıqlarının görünməsi səbəbindən ziyarətçilər üçün müvəqqəti bağlana bilər.
Bu barədə Fox News telekanalı məlumat yayıb.
Bildirilib ki, cümə axşamı, iyulun 2-də Nyu-Yorkun ən böyük şəhər çimərliyi yaxınlığındakı sularda köpəkbalıqlarının görünməsi ilə bağlı bir neçə hal qeydə alınıb.
Bu səbəbdən Rockaway Beach-in istirahətçilər üçün vaxtaşırı bağlanmasına ehtiyac yarana bilər.
Yekun qərarın sahilboyu ərazidəki vəziyyətin necə inkişaf edəcəyindən asılı olacağı qeyd edilir.

