Bu gün və sabah geomaqnit qasırğası gözlənilir.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının proqnozuna görə, iyulun 13–14-də geomaqnit sahəsinin aktivliyi G1 səviyyəsinədək yüksələ bilər.
G1 səviyyəsi minimal geomaqnit qasırğası hesab olunur. Bu zaman elektrik şəbəkələrində zəif dalğalanmalar, yüksək enliklərdə radioəlaqədə yüngül maneələr müşahidə oluna bilər. Şimal bölgələrində, o cümlədən Skandinaviya, Alyaska və Kanadada qütb parıltısının görünməsi də mümkündür.
Mütəxəssislərin fikrincə, G1 səviyyəli qasırğa əksər insanlar və texniki sistemlər üçün ciddi təhlükə yaratmır.
G2–G3 səviyyəsində GPS, peyk və rabitə sistemlərində daha ciddi pozuntular yarana bilər. G4–G5 səviyyəli güclü qasırğalar isə enerji sistemləri, radioəlaqə və peyklər üçün risk daşıyır.

