Bilgəhdə bir nəfər dənizdə boğulub.
Den.az Qafqazinfo.az-a istinadən məlumat verir ki, hadisə “Şəbəkə” çimərliyi ərazisində baş verib.
Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ərazidə 1 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb:
“27.07.2025-ci il tarixində saat 14:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bilgəh ərazisi, “Şəbəkə” çimərliyi ərazisindən suda boğulma hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.
Daxil olan çağırış əsasında təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.
Hadisə yerində 1 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”.