Çinin cənub-qərbində yerləşən Çuntsin şəhərində torpaq sürüşməsi baş verib.
Bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Hadisə ilə əlaqədar min nəfərdən çox sakin təxliyə olunub. Dağıntılar altından 10 nəfər xilas edilib.
CCTV-nin yayımladığı görüntülərdə dağ yamacının bir hissəsinin yaşayış ərazisinin üzərinə çökdüyü görünür. Hadisə nəticəsində 10-dan çox ev dağılıb.
Telekanalın məlumatına görə, mümkün qəzaların qarşısını almaq üçün hakimiyyət hadisə yerindən bir kilometr radiusda su, elektrik və qaz təchizatını dayandırıb.
CCTV bildirir ki, torpaq sürüşməsi cümə günü səhər baş verən zəlzələnin nəticəsi olub.
Axtarış-xilasetmə işləri davam etdirilir.

