Sabirabad şəhərində minik avtomobili ilə motosikletin toqquşması nəticəsində bir nəfər həyatını itirib.
Denmedia.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı motosiklet sürücüsü, 1958-ci il təvəllüdlü Əlixan Məzahir oğlu Əliyev ağır xəsarət alıb.
Sabirabad sakini xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

