Bakıda ölümlə nəticələnən motosiklet qəzası baş verib.
DenMedia.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb.
18 yaşlı Məhəmməd Ovçuyev sükan arxasında olduğu motosikleti yolun kənarındakı səkiyə çırpıb. Qəza nəticəsində gənc hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

