Tovuz rayonunun Xatınlı kəndi ərazisində su arxından kişi meyiti tapılıb.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə kəndin girişində qeydə alınıb.
Məlumata görə, su arxında aşkarlanan şəxsin meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Ölən şəxsin 1986-cı il təvəllüdlü A. Müseyibov olduğu bildirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

