ABŞ-ın Luiziana ştatında yerləşən əsas hərbi obyektlərdən biri – Barksdeyl aviabazasına “naməlum dronlar” hücum edib. Bu barədə The Independent məlumat yayıb.
Bildirilir ki, bazada B-52 strateji nüvə bombardmançıları yerləşir.
Hadisə nəticəsində bazada “izolyasiya rejimi” tətbiq olunub və uçuş-enmə zolaqlarının fəaliyyəti müvəqqəti dayandırılıb.
“Məxfi sənədlərə əsasən, ‘həssas zonalarda’ 12–15 drondan ibarət bir neçə dalğa qeydə alınıb”, – deyə materialda qeyd olunur.
Dronların dəqiq məqsədi və kimə məxsus olduğu hələ müəyyən edilməyib.
Qeyd edək ki, Barksdeyl ABŞ Hərbi Hava Qüvvələrinin ikinci ən böyük aerodromudur və burada 40-dan çox B-52 bombardmançısı yerləşir.

