İran Hind okeanında yerləşən ABŞ-Böyük Britaniya bazası Dieqo Qarsiyaya ballistik raketlərlə zərbə endirib. Bu barədə WSJ məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, raketlər hədəfə çatmayıb: onlardan biri uçuş zamanı sıradan çıxıb, digəri isə ABŞ hərbi gəmisi tərəfindən SM-3 raketi ilə məhv edilib.
Qeyd olunur ki, bu hadisə İranın Yaxın Şərqdən kənarda orta mənzilli ballistik raketlərdən ilk operativ istifadəsi kimi qiymətləndirilir və ABŞ maraqlarına uzaq məsafədən təzyiq cəhdi hesab olunur.
Təxminən 4000 km məsafədə yerləşən adaya edilən zərbə, İran raketlərinin indiyədək açıqlanandan daha uzun mənzilli ola biləcəyini göstərir. Halbuki, daha əvvəl İranın xarici işlər naziri Abbas Araqçi maksimal məsafənin 2000 km ilə məhdud olduğunu bildirmişdi.
Dieqo Qarsiya Hind okeanında yerləşən strateji hərbi bazadır və burada ABŞ bombardmançıları, nüvə sualtı qayıqları və esmineslər yerləşdirilir.

