ABŞ-ın Nyu-Meksiko ştatında yerləşən Holloman Hərbi Hava Qüvvələri bazasında atışma baş verib.
Bu barədə Associated Press agentliyi məlumat yayıb.
Hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanıb.
Məlumata görə, insident yerli vaxtla təxminən saat 17:30-da qeydə alınıb. Hazırda ərazidə təhlükənin olmadığı, yaralıya isə tibbi yardım göstərildiyi bildirilir.
Baza rəhbərliyi hadisə ilə bağlı daxili araşdırmaya başlayıb.
İnsidentdə kənar şəxslərin iştirakı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Holloman bazası ABŞ Hərbi Hava Qüvvələrinin əsas obyektlərindən biri hesab olunur və burada müxtəlif bölmələr yerləşir, həmçinin uçuş heyətinin hazırlığı aparılır.

