İrlandiya üzərində Ukrayna Prezidenti Vladimir Zelenskinin təyyarəsini dörd naməlum pilotsuz aparat izləyib. Bu barədə The Journal yerli yüksəkvəzifəli mənbələrə istinadən xəbər yayıb.
İrlandiya polisinin məlumatına görə, dronlar Zelenskinin təyyarəsinin uçuş trayektoriyası boyunca hərəkət ediblər. Ukrayna lideri 1 dekabr tarixində İrlandiyaya yollanırdı. Bildirilir ki, pilotsuz aparatların, paytaxtın şimal-şərqində yerləşən ərazidən havaya qalxaraq təyyarənin yaxınlığından keçdiyi, daha sonra isə İrlandiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin üzərində bir müddət havada qaldığı ehtimal olunur. Bu gəmi Zelenskinin səfərindən əvvəl gizli şəkildə dənizdə yerləşdirilmişdi.
Polis hazırda dronların haradan idarə edildiyini müəyyən etməyə çalışır. Onların hansısa gəmidən buraxılmış olması da mümkündür. Hələlik hadisənin arxasında kimin dayandığı və dronların daha sonra hara yox olduğu məlum deyil.

