Avropa İttifaqı da Azərbaycan qanunlarını pozaraq QHT-lərin maliyyələşdirilməsini qeyri-leqal şəkildə həyata keçirir. Maraqlıdır ki, son vaxtlar dövlət əleyhinə yönəlmiş bir neçə layihə məhz “iştirak evi” adlı platforma üzərindən həyata keçirilir. “İştirak evi”ndə keçirilən layihələr Qərb dairələri – ABŞ səfirliyi və Avropa İttifaqı institutları tərəfindən maliyyələşdirilir. Tədbirlərin təşkilatçıları kimi çıxış edən şəxslərin mütləq əksəriyyəti isə ultra-liberal, LGBT, feminist, “no war”çı şəxslərdir. “İştirak evi” Vətən müharibəsinin əleyhinə çıxan “no war”çıların iddialarını, LGBT fəallarının fikirlərini ictimailəşdirməyə, onların səsini ucaltmağa çalışan platforma kimi məqsədyönlü fəaliyyət göstərir.
Təbii ki, həmin tədbirin təşkilatçıları və iştirakçıları – yenidən fəallaşmağa başlayan “no war”çılar xarici anti-Azərbaycan dairələrin təsiri altında olan, öz dövlətinə və xalqına qarşı xəyanət yolunu tutmuş, milli hissləri olmayan şəxslərdir. Onların tədbirdə Azərbaycanın “işğalçı dövlət”, “aqrerssor”, Azərbaycan xalqının isə “işğalçı rejimi dəstəkləyən kütlə” adlandırılması, şəhid və qazı ailələrini təhqir edilməsi bu insanların sözün əsl mənasında cəmiyyətimiz üçün təhlükə olduğunu göstərir. Haqlı olaraq son günlər sosial mediada, cəmiyyətdə belələrinə qarşı sərt təpki özünü göstərməkdədir. Təcrübə göstərir ki, “müharibəyə müqavimət” ideyası əksər hallarda “Açıq Cəmiyyət İnstitutu”, “Soros Fondu” kimi qlobal təşkilatlar tərəfindən ayrı-ayrı ölkələrdə, xüsusilə post-sovet məkanında kütlələrlə manipulyasiya aləti kimi istifadə edilib. Cəmiyyətdə daxili qarşıdurmalar yaradıb siyasi hakimiyyətə təsir etmək, müharibə olmayan yerlərdə belə “müharibəyə müqavimət göstərmək” cəhdləri hazırkı dövrdə də aktualdır. Bunu həyata keçirmək üçün isə ənənəvi olaraq yerli şəbəkələrdən istifadə olunur. Azərbaycan kimi torpaqları işğal altında olan, minlərlə şəhid vermiş ölkələrdə bu şəbəkələrə çoxsaylı insan cəlb etmək mümkün deyil.
Ona görə də xarici qüvvələr, xüsusilə erməni lobbisinin bir ovuc azərbaycanlı “no war”çının ümidinə qalması başadüşülındir. Onların bu bir ovuc adamın əli ilə ölkədə qeyri-sabitlik yaratmaq cəhdləri hələ 2016-cı ilin aprel döyüşləri zamanı açıq şəkildə hiss edildi. O zaman bu “sülh göyərçinləri” Ermənistanın təxribatına cavab verən, anti-terror əməliyyatı keçirən ordumuzu “terrorçu”, Azərbaycan dövlətini isə “işğalçı” dövlət adlandırırdılar.
Hətta bu o qədər iyrənc görünürdü ki, xarici ölkə aydınları da buna reaksiyasız qala bilmirdi. Məsələn, o zaman polşalı araşdırmaçı jurnalist Miloş Podnanski yazırdı: “Qəribədir ki, ərazilərinin 20%-i işğal altında olan Azərbaycanda problemin həllini təklif etdiklərini deyənlər (“no war”çılar nəzərdə tutulur) əslində kollaborasionist və məğlubiyyətçi mövqedən çıxış edir”. Gürcüstanın “Rustavi-2” telekanalı Azərbaycandakı neoliberalların “müharibəyə yox” şüarı altında əslində Corc Sorosun ideyalarını təbliğ etdiyini vurğulayırdı. İş o yerə çatmışdı ki, bizim novorçular özlərinə dost-qardaş bildikləri Ermənistanda da ikrah doğururdular. Ermənistanın “Hraparak”, “Haykakan Jamanak”, “Pastinfo”, “Mamul” media qurumları azərbaycanlı “no war”çıları qəribə məxluqlar adlandırırdılar.
Həmin adamlar öz antiazərbaycan fəaliyyətlərini 44 günlük Vətən müharibəsi zamanı da davam etdirdilər. Onlar işğala son qoymaq üçün hər gün canını təhlükəyə atan Azərbaycan əsgərini yenə də “terrorçu”, “aqressor” adlandırır, hərbi əməliyyatları dayandırmaq tələbləri səsləndirirdilər.
Qarabağ müharibəssinin bitməsi və torpaqların işğaldan azad olunmasından 3 il vaxt keçsə də bu siyasət dəyişməyib. Baxmayaraq ki, Ermənistan faktiki olaraq, nəticələrlə barışıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Tərəflər kövrək addımlarla da olsa sülh prosesinə davam edirlər. Əgər bu günə qədər sülh müqaviləsi imzalanmayıbsa, bunun məsuliyyəti tamamilə Ermənistan rejiminin üzərinə düşür. Lakin bütün bunlara baxmayaraq, yerli “no war”çılar hələ də Azərbaycanı aqressiv ritorikada günahlandırır, Qərbi Azərbaycan İcmasının tarixi torpağına geri qayıtmaq istəyini rədd edir, faktiki olaraq cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd göstərirlər.
Onlar hətta əxlaq normalarını keçir, mənəvi dəyərlərə toxunan açıqlamalarla çıxış edirlər. Pozuculuq insanların təhqir olunması həddinə gəlib çıxıb. İndi ortaya belə bir sula çıxır: belə pozucu fəaliyyət nə vaxtdan leberal dəyərlərin bir parçası olub? Yaxud övladını Vətən yolunda fəda etmiş valideynə “lom” demək liberalizmin hansı prinsipinin tələbidir?
Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycandakı “no war”çılar sülhə, sabitliyə yox, erməni lobbisinə, Corc Sorosun “xaos yaratmaqla təsir etrmək” ideyasına xidmət edirlər. Bu işdə isə beyni yuyulmuş, liberal dəyərləri yanlış qavramış, qərb yaşam tərzinə düşkün bir ovuc azərbaycanlıdan aktiv şəkildə istifadə edilir.
Bu qrupa başlılıq edənlər, müxtəlif aksiyaların, müzakirələrin təşkilatçıları əsasən Qərb institutları ilə əməkdaşlıq edən, oradan maliyyələşən, üzərlərinə öhdəlik götürmüş insanlardır. Onlar həm də feministlərin, seksual azlıqların və digər bu kimi qrupların sırasında fəallıq göstərirlər. Haqlı olaraq da bu gün Azərbaycan cəmiyyəti, ziyalılarımız, ictimai fəallar, müharibə iştirakçıları, şəhid ailələri milli mənəviyyatımızı, dəyərlərimizi, mənliyimizi ayaq altına atan belə ünsürlərə, satqınlara qarşı barışmazdır və onlara layiqli yerlərini göstərir.//Yenisabah
Ordumuzu terrorçu adlandıran “no war”çılar: Onlar kimdir?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.