Avropa İttifaqı Rusiya vətəndaşlarının Belarus üzərindən Visa və Mastercard kartlarına çıxışını bağlayıb.
DenMedia.az xəbər verir ki, bu qərar Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiyalar paketinə daxil edilib.
Sənədə əsasən, Avropa İttifaqının “qara siyahısına” Belarusdakı “Alfa-Bank” filialı da əlavə olunub. Məhz bu filial vasitəsilə rusiyalı vətəndaşlar 2022-ci ildə beynəlxalq ödəniş sistemləri Rusiyanı tərk etdikdən sonra Visa və Mastercard kartları əldə edirdilər.
Yeni məhdudiyyətlər Rusiya vətəndaşlarının Avropa maliyyə infrastrukturuna dolayı yollarla çıxışını tam bağlamağı hədəfləyir.

