Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin müəllimi iş yerində ölüb.
“DenMedia.az”-ın yerli bürosu xəbər verir ki, hadisə oktyabrın 24-də qeydə alınıb.
Məktəbdə musiqi müəllimi işləyən 1984-cü il təvəllüdlü Hüseynova Günel Saqif qızı işdə olduğu vaxt səhhəti pisləşib. O, Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının sözlərinə görə, Günel Hüseynova ürək xəstəliyindən əziyyət çəkirmiş. Meyitin xarici müayinəsi zamanı xəsarət izi aşkar olunmayıb.
Faktla bağlı araşdırma aparılır.

