Litva hökuməti Belarus sərhədindəki iki əsas keçid məntəqəsini – Şalčininkay və Myadininkay – müvəqqəti olaraq bağlayıb.
DenMedia.az xəbər verir ki, bu barədə cümə günü ölkənin baş naziri İnqa Ruginene məlumat verib.
“Bu axşam Belarusdan Litvaya böyük qrup kontraband meteozondu buraxılıb, bu isə Vilnyus və Kaunas hava limanlarının müvəqqəti bağlanmasına səbəb olub,” – deyə Ruginene sosial şəbəkədə bildirib.
Baş nazir qeyd edib ki, “xidmətlər bu həftə Milli Təhlükəsizlik Komissiyasının iclasında qəbul edilmiş qərarlara uyğun şəkildə fəaliyyət göstərir.”
Ruginenenin sözlərinə görə, Komissiya gələn həftə yenidən toplanacaq və artıq qəbul edilmiş qərarların nəticələrini qiymətləndirəcək. Məqsəd – “qısa müddətdə həm kontrabandçılara, həm də onlara şərait yaradan Lukaşenko rejiminə ciddi zərbə vurmaqdır.”
Hazırda sərhəddə təhlükəsizlik tədbirləri gücləndirilib, keçid məntəqələrinin yenidən açılması sabah saat 12:00-da planlaşdırılır.

