Florida ştatındakı “Walt Disney World” əyləncə kompleksində iki həftədən az müddətdə üçüncü ölüm hadisəsi baş verib.
DenMedia.az xəbər verir ki, bu barədə The New York Post-a Orinc dairəsinin tibbi ekspertiza ofisi məlumat verib.
Üçüncü qurban Disney’s Contemporary Resort otelində – Magic Kingdom parkının yaxınlığında dünyasını dəyişib. Rəsmilər ölümün səbəbi və dəqiq vaxtını açıqlamayıblar.
Hadisə barədə məlumat TikTok-da yayılan videodan sonra məlum olub. Videoda polis lenti və otelin həyətində çalışan hüquq-mühafizə əməkdaşları görünür. Bəzi qonaqlar bildiriblər ki, onlardan pəncərələrə baxmamaq xahiş edilib.
“Mən bilmirəm, kiminsə atıldığını, yoxsa təsadüfən yıxıldığını, amma nəsə çox qorxunc baş verdi,” – deyə hadisə şahidi danışıb.
Bu, eyni oteldə keçən həftə bir qadın qonağın damdan yıxılaraq həlak olmasından sonra baş verən ikinci faciədir. Contemporary Resort Disney World-ün ən tanınmış otellərindən biridir. Otel Magic Kingdom parkına bir neçə dəqiqəlik məsafədə yerləşir, burada bir gecəlik qalma qiyməti 1000 dollardan başlayır.

