Belarusda “VKontakte” sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.
DenMedia.az xəbər verir ki, bu barədə məlumat cümə günü ölkənin Rabitə Nazirliyinə tabe Dövlət Elektro-Rabitə Nəzarəti Müfəttişliyi (BelGİE) tərəfindən məhdud giriş siyahısına əlavə olunmuş rəsmi qeyd vasitəsilə yayımlanıb.
Rəsmi açıqlamada bildirilir:
“Dövlət Təhlükəsizlik Komitəsinin təqdimatı əsasında bu informasiya resursuna giriş məhdudlaşdırılıb.
Resurs identifikatoru: https://vk.com.”
Hazırda məhdudiyyətin müddəti barədə məlumat verilmir. Belarus hakimiyyəti qərarın təhlükəsizlik əsaslı olduğunu vurğulasa da, ictimai və beynəlxalq reaksiyalar bu addımı informasiya məkanının daha da daraldılması kimi qiymətləndirir.

