Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, ölkənin sularına “təhdid yaradan” Rusiya gəmilərinin sayı 30 faiz artıb.
DenMedia.az xəbər verir ki, nazir bu barədə açıqlamanı BBC-yə verib.
Hilinin sözlərinə görə, bu artım “Moskvanın artan aqressiyasının” göstəricisidir və bu proses təkcə Britaniyaya deyil, bütövlükdə Avropaya təsir edir.
Nazir vurğulayıb ki, Rusiya sualtı qayıqlarının Şimal Atlantikasındakı fəaliyyəti Soyuq müharibə dövründəki səviyyəyə qayıdıb.
Bu səbəbdən Britaniya Hərbi Hava Qüvvələri və Donanması regionda müşahidəni gücləndirib. Xüsusilə P-8 RAF patrul təyyarəsi dənizdəki vəziyyətə, o cümlədən Rusiya gəmilərinin hərəkətinə nəzarət edir.
“Rusiya bizə meydan oxuyur, bizi sınağa çəkir, bizi izləyir. Amma bu təyyarələr bizə imkan verir ki, Putinə deyək: “Biz sizi görürük, biz sizin sualtı qayıqlarınızı izləyirik.”” – deyə Hili bildirib.

