Türkiyənin qərb və cənub-qərb bölgələri güclü təbiət hadisələrinin təsiri altına düşüb – bölgələrdə şiddətli leysan yağışları nəticəsində genişmiqyaslı daşqınlar baş verib. Ən böyük zərər İzmir vilayətinə dəyib.
Yerli mətbuatın məlumatına görə, yağış suları bir neçə bölgəni tamamilə su altında qoyub. Xüsusilə İzmirin Foça sahil bölgəsi ciddi şəkildə zərər görüb. Yağışların intensivliyi nəticəsində su çay məcralarından çıxaraq yaşayış məntəqələrinə dolub. Bir çox evlər, yollar, kafe və mağazalar fəlakətdən təsirlənib.
Məlumata əsasən, hakimiyyət orqanları təxliyə işlərini dərhal başlayıb. İctimai nəqliyyatın fəaliyyəti müvəqqəti dayandırılıb, xilasedicilər isə ərazidə gücləndirilmiş rejimdə işləyir.

