ABŞ-da “SoFi” stadionunda futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb.
Bundan əvvəl mundialın açılış mərasimləri Kanada və Meksikada da keçirilib.
ABŞ millisi turnirdə ilk oyununu Paraqvay yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.
ABŞ və Paraqvayla eyni qrupda Türkiyə və Avstraliya milliləri də mübarizə aparır.

