İtaliya millisinin sabiq yarımmüdafiəçisi Andrea Pirlo yığmanın baş məşqçisi vəzifəsinə əsas namizəd hesab olunur. Bu barədə La Gazzetta dello Sport məlumat yayıb.
Bildirilir ki, İtaliya Futbol Federasiyasının texniki direktoru Paolo Maldini Pirlonu bu vəzifə üçün ideal namizəd hesab edir.
Federasiya ispaniyalı mütəxəssis Xosep Qvardiola ilə danışıqların nəticəsiz qalmasından sonra Pirlo üzərində dayanıb. Mənbənin məlumatına görə, təyinatla bağlı bütün detalların yaxın vaxtlarda razılaşdırılması gözlənilir.
47 yaşlı mütəxəssislə müqavilənin 2030-cu ildə keçiriləcək dünya çempionatına qədər nəzərdə tutulacağı bildirilir.
Pirlonun bu vəzifədə illik maaşının 1,5 milyon avronu keçməyəcəyi gözlənilir.

