“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola cari mövsümün sonunda postunu tərk edə bilər.
Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, qərar klub daxilində artıq qəbul olunub və rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
Hazırda Qvardiolanın “Siti” ilə müqaviləsi gələn ilin yayına qədər qüvvədədir. Bununla belə, xəbərlərə görə, ispaniyalı mütəxəssis mövsüm başa çatdıqdan sonra klubdan ayrılmağa hazırlaşır.
Romano mümkün varisin adını da açıqlayıb. Onun iddiasına əsasən, “Mançester Siti”ni keçmiş “Çelsi” baş məşqçisi Entso Mareska çalışdıra bilər.
Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Onun dövründə komanda 6 dəfə İngiltərə çempionu olub, tarixində ilk dəfə Çempionlar Liqasını qazanıb. Ümumilikdə ispaniyalı mütəxəssis “şəhərlilər”lə 20 kubok əldə edib.

