Xosep Qvardiola “Mançester Siti”dən ayrılır
İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola vəzifəsini tərk edir.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 24 mayda İngiltərə çempionatında “Aston Villa”ya qarşı keçiriləcək oyun ispaniyalı mütəxəssisin baş məşqçi kimi son matçı olacaq.
Bununla belə, Qvardiola klub sistemindən tam ayrılmayacaq. O, fəaliyyətini City Football Group daxilində qlobal səfir kimi davam etdirəcək.
55 yaşlı Xosep Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edirdi. Onun dövründə komanda 6 dəfə İngiltərə çempionu, 5 dəfə İngiltərə Liqa Kubokunun, 3 dəfə İngiltərə Kubokunun, 3 dəfə İngiltərə Superkubokunun qalibi olub.
Bundan başqa, “şəhərlilər” Qvardiolanın rəhbərliyi altında Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası dünya çempionluğu qazanıblar.

