Dünya bazarlarında neft qiymətlərində azalma qeydə alınıb.
MarketWatch-un məlumatına görə, “Brent” markalı neftin fyuçersləri 1 faiz ucuzlaşaraq 70,86 dollar/barel səviyyəsinə enib.
ABŞ-ın WTI markalı xam neftinin fyuçersləri isə 1,2 faiz azalaraq 67,77 dollar/barel təşkil edib.
Bildirilib ki, qiymətlərin azalmasına İranla bağlı sülh danışıqları ətrafında nikbinlik, həmçinin ABŞ-da iqtisadi göstəricilərin neft tələbinə dair narahatlıqları artırması təsir göstərib.

