Gəncədə polis əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər. Narkokuryerlik fəaliyyətində şübhəli bilinən 33 yaşlı Adil Adilov saxlanılıb.
Onun idman çantasında 27 kiloqram 475 qram heroin aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin məlumatına görə, Adilov narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə edib və onları Gəncə şəhərində yaymağı planlaşdırıb.
Bildirilib ki, götürülən heroinin “qara bazar”dakı dəyəri təxminən 1,6 milyon manat qiymətləndirilir.
Faktla bağlı cinayət işi başlanıb, məhkəmənin qərarı ilə şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.

