İnsan orqanizmində D vitamini çatışmazlığı yay aylarında da yarana bilər. Bu barədə NEWS.ru-ya “KDL Medskan” laboratoriyalar şəbəkəsinin Tverdəki filiallarının direktoru Dmitri Çernyayev bildirib.
Onun sözlərinə görə, D vitamini çatışmazlığı dünyada ən geniş yayılmış problemlərdən biridir və bu hal təkcə soyuq ölkələrdə deyil, isti və günəşli bölgələrdə yaşayan insanlarda da müşahidə olunur.
Mütəxəssis qeyd edib ki, D vitaminini yalnız günəş şüaları hesabına kifayət qədər almaq həmişə mümkün olmur. Buna səbəblərdən biri istidir: insanlar havanın çox isti olması səbəbindən çölə az çıxır, daha çox kondisionerli qapalı məkanlarda qalırlar.
Çernyayevin sözlərinə görə, günəşdən qorunmaq vərdişi, açıq geyimdən qaçmaq, qapalı geyim tərzi, buludlu hava və çirkli hava da “günəş vitamini”nin orqanizmdə kifayət qədər yaranmasına mane ola bilər.

