Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb.
Bu barədə Denmedia.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı ərazilərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi axşam bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8–10, gündüz 10–12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75–85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntı, dağlıq ərazilərdə isə qar gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Bəzi ərazilərdə arabir duman müşahidə olunacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3–8, gündüz 9–12 dərəcə isti, dağlarda isə gecə 2–5, gündüz 0–2 dərəcə şaxta olacaq.

