Yay aylarında şəkərli qidalar, un məmulatları və sürətli karbohidratların həddindən artıq qəbulu ödemə səbəb ola bilər.
Bu barədə klinik nutritsioloq Alyona Vavilova “Çempionat” nəşrinə açıqlamasında xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, bu cür qidalar orqanizmdə qlikogen ehtiyatlarını artırır və artıq suyun bədəndə saxlanmasına səbəb olur.

Nutritsioloq duzlu qəlyanaltılar, fastfud, hazır souslar, şirniyyatlar və şəkərli içkilərin miqdarını azaltmağı tövsiyə edib. O bildirib ki, bu dəyişiklikdən bir neçə gün sonra nəticəni görmək mümkündür.

Vavilovanın sözlərinə görə, yay menyusu sadə və təbii qidalardan ibarət olmalıdır. Rasiona tərəvəz, göyərti, balıq, yumurta, dənli bitkilər və yağsız ət daxil etmək məsləhət görülür.

