Kişilərdə podaqra xəstəliyi erektil disfunksiya riskini artıra bilər.
“Science Alert” nəşrinin məlumatına görə, revmatoloq Naomi Şlezinger bildirib ki, podaqra ilə potensiya problemləri arasında əlaqənin mövcudluğu uzun müddətdir mütəxəssislərin diqqətindədir.
Alimlərin fikrincə, bu əlaqədə əsas rol sidik turşusunun yüksək səviyyəsi ilə bağlı ola bilər. Podaqra zamanı orqanizmdə sidik turşusunun miqdarı artır və bu, oynaqlarla yanaşı, ereksiya prosesində iştirak edən toxumalara da mənfi təsir göstərə bilər.
Məlumatlara görə, sidik turşusunun səviyyəsinin hər litr üçün 100 mikromol artması erektil disfunksiya ehtimalını təxminən 2,5 dəfə yüksəldə bilər.
Mütəxəssislər hesab edirlər ki, həddindən artıq sidik turşusu ereksiya üçün vacib olan damar və toxumaların fəaliyyətinə zərər verə bilər.

