26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günündə Abşeron rayonunda yerləşən Şəhidlər xiyabanları, şəhidlərimizin məzarları və Xatirə kompleksləri ziyarət olunub.
“Den.az” xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə birgə I Qarabağ və Vətən müharibələri şəhidlərinin, o cümlədən müxtəlif vaxtlarda düşmənin hərbi təxribatlarının qarşısını alarkən qəhrəmanlıq göstərmiş şəhidlərimizin məzarlarını ziyarət edib, əziz xatirələrini hörmətlə yad ediblər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun döyüş meydanında qazandığı şanlı qələbədən sonra işğaldan azad edilən şəhərlərimizin, kənd və qəsəbələrimizin sürətlə bərpa edildiyini, məcburi köçkünlərin öz yurdlarına böyük iftixarla qayıtdığını vurğulayan Abdin Fərzəliyev bildirib ki, Azərbaycan ordusunun qüdrətli gücü sayəsində xalqımız bundan sonra da tam təhlükəsiz yaşayacaqdır.
Abşeron rayonunun “Şəfəq” qəsəbəsində şəhid ailələrinin, müharibə iştirakçılarının və rayon ictimaiyyətinin iştirakı ilə 26 İyun Silahlı Qüvvələr Günü qeyd edilib.
Abşeron RİH başçısının müavini Gülnar Rəhimova, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova və digərləri çıxış edərək bildiriblər ki, Ulu öndərin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ordu quruculuğu daima dövlətin prioritet məsələlərindən biri olub.
Daha sonra bədii hissə təqdim edilib.
Abşeronda da Silahlı Qüvvələr Günü qeyd edildi - Fotolar

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.