Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbayl bildirib ki, Berlin ABŞ, İsrail və İran arasında baş verən münaqişədə iştirak etməyəcək. Bu barədə Politico nəşri məlumat yayıb.
Klinqbayl qeyd edib ki, İran hökumətini “terror rejimi” hesab etsə də, ABŞ və İsrailin atdığı addımlarla bağlı ciddi şübhələri var. Onun sözlərinə görə, İrana endirilən zərbələrin problemin həllinə gətirib çıxaracağı və beynəlxalq hüquqa uyğun olub-olmadığı sual altındadır.
Açıq deyirəm: bu, bizim müharibəmiz deyil. Biz bu müharibədə iştirak etməyəcəyik, – deyə Lars Klinqbayl bildirib.

