Moskva Türkiyənin boğazlarla bağlı Montrö Konvensiyasının müddəalarına riayət olunması məsələsində tutduğu mövqeni yüksək qiymətləndirir. Bu barədə Rusiyanın Ankaradakı səfirliyi sosial şəbəkələrdə bildirib.
Diplomatların sözlərinə görə, Rusiya 1936-cı il Montrö Konvensiyasına böyük əhəmiyyət verir və onun bütün tərəflər tərəfindən icrasını dəstəkləyir.
“Bu baxımdan Türkiyənin balanslı və məsuliyyətli mövqeyini yüksək qiymətləndiririk”

