ABŞ prezidenti Donald Tramp Ukraynanın sülh prosesində tez qərarlar qəbul etməsinin vacibliyini bir daha bəyan edib. Ağ Evdə səsləndirilən açıqlamasında Amerika lideri bu mövqeyini Moskvanın öz şərtlərini yenidən nəzərdən keçirə biləcəyi narahatlığı ilə izah edib.
Jurnalistin dialoqun perspektivləri ilə bağlı sualını cavablandıran Tramp tərəflərin müəyyən anlaşmaya yaxınlaşdığını təsdiqləyib, lakin vaxt faktorunun həlledici əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, Ukraynanın ləngiməsi Rusiyanın mövqeyinin dəyişməsinə gətirib çıxara və razılaşmaların əldə olunmasını çətinləşdirə bilər.
“Onlar nəyəsə yaxınlaşırlar. Amma ümid edirəm ki, Ukrayna tez hərəkət edəcək. Çünki Rusiya oradadır. Onlar hər dəfə çox düşündükdə, Rusiya mövqeyini dəyişir”, — deyə Tramp Ağ Evdə bildirib.
Bu açıqlama Rusiya və ABŞ nümayəndələri arasında mümkün təmaslara hazırlıqla bağlı xəbərlər fonunda səslənib ki, bu da diplomatik fəallığın artdığını göstərir.

