Defne Joy Foster türk televiziya ekranlarının sevilən simalarından biri olub. Xüsusilə "Sihirli Annem" serialında canlandırdığı Eda obrazı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdı. O, aparıcılıq fəaliyyəti ilə də diqqət çəkirdi.
Aktrisa 2 fevral 2011-ci ildə 34 yaşında vəfat edib. Rəsmi açıqlamalara görə, ölüm səbəbi allergik astma tutması və buna bağlı inkişaf edən ürək tutması kimi qeydə alınıb. Hadisə uzun müddət ictimai müzakirələrə səbəb olmuşdu.

Onun anası Hatice Foster illər sonra verdiyi açıqlamalarla mövzunu yenidən gündəmə gətirib.
“O gecə Defne təkbaşına dostlarının yanına gedir. Gecənin irəliləyən saatlarında isə Tolga Karel də daxil olmaqla Kerem Altanın evinə gedir. Yəni o gecə Keremin evində Tolga Karel də var imiş.”
Ana Foster qızının ölüm səbəbi ilə bağlı şübhələrinin olduğunu bildirib və rəsmi versiyaya inanmadığını deyib.
“Defnedə allergik astma var idi, dərman istifadə edirdi. Mənim də eyni xəstəliyim var. O gecə spirtli içki ilə birlikdə həmin dərmanı qəbul etdiyi deyildi. Amma biz dəfələrlə belə etmişdik, heç nə olmamışdı. Məncə qızımın ölümündə böyük bir səhlənkarlıq var.”
Hatice Foster həmçinin hadisədən sonra bəzi şəxslərin xaricə köçməsini diqqətəlayiq hesab etdiyini vurğulayıb və prosesi şübhəli adlandırıb.
Məsələ sosial mediada yenidən geniş rezonans doğurub. Bir qrup istifadəçi hadisənin yenidən araşdırılmalı olduğunu bildirir, digərləri isə rəsmi tibbi rəylərin qüvvədə olduğunu xatırladır.

Qeyd olunur ki, hüquqi proses zamanı qəsdən adam öldürmə ilə bağlı hər hansı sübut aşkarlanmayıb və rəsmi sənədlərdə ölüm səbəbi sağlamlıq problemləri ilə əlaqələndirilib.

Belə həssas hadisələrdə mütəxəssislər təsdiqlənməmiş iddiaların ehtiyatla qiymətləndirilməsinin vacibliyini vurğulayırlar. Aradan illər keçsə də, həmin gecə baş verənlər ictimai maraq doğurmaqda davam edir.

