Komediyaçı Tuba Ulu haqqında çıxışı zamanı Qanuni Sultan Süleyman barədə səsləndirdiyi fikirlərə görə “xalqı kin və düşmənçiliyə təhrik etmək” ittihamı ilə cinayət işi açılmışdı.
Komediyaçı üçün 3 ilə qədər həbs cəzası tələb olunurdu.
İstanbul 13-cü Asliye Cəza Məhkəməsində keçirilən iclasda həbsdə olmayan təqsirləndirilən Tuba Ulu və vəkilləri iştirak ediblər. İclasda əvvəlki prosesdə açıqlanan rəyə qarşı müdafiə çıxışı edən Ulu ittihamları qəbul etməyib.
Tuba Ulu müdafiəsində bildirib:
“Bəraətimi tələb edirəm. Rəydə göstərilən qadınları aşağılamağa yönəlmiş hərəkəti qəbul etmirəm. Türkiyədə yaşayan bir qadın kimi hər sahədə mübarizə apardığım nəzərə alınarsa, bu ittihamı qəbul etmirəm. Çıxışlarımda da qadınlara qarşı pozitiv ayrı-seçkilik etmişəm”.
Son sözündə açıqlamalarının ayrı-seçkilik məqsədi daşımadığını deyən Ulu bunları bildirib:
“Sözügedən ifadələrimin ayrışdırıcı xarakter daşımadığını düşünürəm. Heç kimi aşağılamağımdan söhbət gedə bilməz”.
Məhkəmə heyəti qərarını açıqlayaraq Tuba Ulunun “xalqın bir hissəsini açıq şəkildə aşağılama” cinayətinə görə 5 ay həbs cəzası ilə cəzalandırılmasına qərar verib.
Verilən cəza ilə bağlı hökmün açıqlanmasının geri buraxılması tətbiq edilib.

