Türkiyəli aktyor Levent Üzümcü saxlanılıb.
Üzümcü gecə saat 02:43-də sosial media hesabında “Saxlanılıram” paylaşımı edib. Onun bu mesajı qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Aktyorun vəkili Uğur Poyraz OdaTV-yə açıqlamasında bildirib ki, müvəkkilinin hansı səbəbdən və hansı sosial media paylaşımına görə saxlanıldığı hələlik onlara da məlum deyil.

Vəkilin sözlərinə görə, Levent Üzümcü Balıkesirin Gömeç rayonunda saxlanılıb və prosedurlar başa çatdıqdan sonra İstanbula aparılacaq.
Sosial mediada saxlanılmanın səbəbi ilə bağlı müxtəlif iddialar yayılsa da, səlahiyyətli qurumlar hələlik rəsmi açıqlama verməyiblər.
Levent Üzümcü son dövrlərdə aktyorluq fəaliyyəti ilə yanaşı, İzmir Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının baş bədii rəhbəri vəzifəsində çalışırdı.

