İstanbul məhkəməsi “Ahbap” xeyriyyə fonduna xarici idarəçi təyin edib, təşkilatın daşınmaz əmlakını onun nəzarətinə verib və fondun ləğvi proseduruna başlayıb.
NTV telekanalının məlumatına görə, qərar prokurorluğun dələduzluq və çirkli pulların yuyulması şübhələri ilə apardığı istintaq çərçivəsində qəbul olunub.
İyulun 27-də keçirilən əməliyyat zamanı 13 nəfər saxlanılıb. İş üzrə ümumilikdə 30-a yaxın şübhəlinin həbsdə olduğu bildirilir. Onların arasında fondun təsisçisi, rok musiqiçisi Haluk Levent və bloger Oğuzhan Uğur da var.
İstintaq çərçivəsində Türkiyənin şou-biznes və media sahəsinin tanınmış nümayəndələri də ifadə vermək üçün prokurorluğa çağırılıb. Onların arasında Elçin Sanqu, Mahsun Kırmızıgül, Gülben Ergen, Hayko Cepkin və Uğur Dündarın olduğu qeyd edilir.
İstintaq orqanları fond rəhbərliyinin toplanan ianələri şəxsi hesablara köçürərək aktivlərin alınmasına yönəltmiş ola biləcəyini ehtimal edir. Məlumata görə, mənimsənildiyi və başqa şəxslərin adına rəsmiləşdirildiyi iddia olunan aktivlərin ümumi dəyəri təxminən 60 milyon dollar qiymətləndirilir.

