avq
2023
00:19
133

Biləcəridə quru otluq sahədəki yanğının təfərrüatı məlumat olub - FOTO/VİDEO

6 avq, 2023
00:19
133

Biləcəridə quru otluq sahədəki yanğının təfərrüatı məlumat olub - FOTO/VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq sahədə yanğın baş verməsinin ilkin səbəbi kimi otluq sahənin alışması göstərilir. 

Bu barədə "Den.az"-a FHN-dən məlumat verib. 
Bildirilir ki, yanğın ətrafdakı evlərə sirayət etməyib. 
Yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) beş yanğınsöndürmə avtomobili, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus bir yanğınsöndürmə qatarı və 20 nəfərdən artıq şəxsi heyət cəlb olunub. 
FHN əməkdaşının sözlərinə görə, yanğın barədə məlumat saat 16:36-da daxil olub, saat 16:55-də yanğınsöndürmə avtomobilləri və şəxsi heyət əraziyə çatıb: 
“Yanğın 20 dəqiqə ərzində tam nəzarətə götürülərək məhdudlaşdırılıb. Yanğın saat 18:07-də tam söndürülüb. Xəsarət alan olmayıb”.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar