ABŞ-ın Florida ştatında bir kişi 17 yaşlı əkiz övladlarını öldürdükdən sonra intihar etməkdə şübhəli bilinir.
People nəşrinin məlumatına görə, hadisə sentyabrın 30-da Kortni Çeyz Serkl küçəsindəki evlərdən birində aşkarlanıb.
Orinc dairəsi Şerif İdarəsinin əməkdaşları sakinlərin vəziyyətini yoxlamaq üçün evə gəldikdə üç nəfərin meyitini tapıblar.
Evin qonaq otağında 17 yaşlı əkizlər Karlo və Melaninin çoxsaylı bıçaq xəsarətləri olan meyitləri aşkarlanıb.
Onların atası İvan Montiel Roa isə hamam otağında ölü tapılıb.
Hüquq-mühafizə orqanlarının ilkin ehtimalına görə, kişi əvvəlcə övladlarını qətlə yetirib, daha sonra intihar edib.

