ABŞ-da rusiyalı qadın iki aydır miqrasiya mərkəzində saxlanılır. Onun azadlığa buraxılması üçün 90 min dollar girov tələb edildiyi bildirilir.
SHOT Telegram kanalının məlumatına görə, qadın avqustun 19-da Finiks hava limanında ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşları tərəfindən saxlanılıb.
O, ABŞ ərazisində qanunsuz yaşamaqda ittiham olunur və həmin vaxtdan Arizona ştatındakı miqrantların saxlanma mərkəzindədir.
Məlumata görə, qadının ailəsinin tələb olunan girov məbləğini ödəməyə maddi imkanı yoxdur.
Bununla yanaşı, rusiyalı qadının immiqrasiya ilə bağlı baxılması davam edən müraciəti və qüvvədə olan iş icazəsi mövcuddur.

