Şəfəq qəsəbəsində binada partlayış olub, bir nəfər yaralanıb.
Denmedia.az xəbər verir ki, hadisə Abşeron rayonu, Şəfəq qəsəbəsində bina 20, mənzil 18-də qeydə alınıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 62 kv.m. olan 2 otaqlı mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış nəticəsində evə ziyan dəyib, 1 kv.m sahədə ev əşyaları yanıb, 1 nəfər ev sahibinin qızı Səadət Seymurova xəsarət alıb.
Partlayış zamanı binanın həyətində dayanan avtomobillərə də ziyan dəyib.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Nizami Rəsulov
Denmedia.az

