ABŞ-ın Los-Anceles şəhərinin Nortanc bölgəsində, Kaliforniya Dövlət Universitetinin yaxınlığındakı ticarət kompleksində baş verən atışma nəticəsində azı iki nəfər həyatını itirib.
ABC telekanalı yerli polisə istinadən xəbər verir ki, hadisə şənbə gününə keçən gecə baş verib.
Polis əməkdaşları kütləvi əyləncə məclisi barədə məlumat aldıqdan sonra yerli vaxtla saat 23:00-dan (Bakı vaxtı ilə 10:00-dan) sonra əraziyə gəliblər.
Ticarət kompleksinə yaxınlaşan polis əməkdaşları atəş səsləri eşidiblər. Hadisə nəticəsində azı iki nəfərin öldüyü təsdiqlənib.
Digər xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Polis hadisənin başvermə şəraitini araşdırır.

