iyl
2023
11:57
175

Kiyev Krım körpüsünü partlatdığını etiraf etdi

9 iyl, 2023
11:57
175

Kiyev Krım körpüsünü partlatdığını etiraf etdi

Ukrayna Müdafiə Nazirliyi 2022-ci ilin oktyabrında Krım körpüsünün dağıdılmasında iştirakını etiraf edib.

Den.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukraynada hərbi münaqişənin başlamasının 500-cü günündə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqram kanalında yazıb:

“Rusların maddi-texniki təminatını pozmaq üçün Krım körpüsünə ilk zərbə endirilməsindən 273 gün keçib”.

Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk Ukraynanın hücumda iştirakından danışıb. Mayın sonunda o, jurnalist Dmitri Komarova Ukraynanın Krım körpüsündə “müəyyən tədbirlər” keçirdiyini deyib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar