Krımda obyektlərin yeni siyahısı formalaşdırılacaq.
Den.az xəbər verir ki, bunu Krım parlamentinin "rəhbəri" Vladimir Konstantinov bildirib.
Söhbət ukraynalı biznesmenlərə və Rusiya Federasiyasına düşmən olan şəxslərə aid obyektlərdən gedir.
"Krımda Rusiyanın düşmənlərinin bir obyekti də qalmayacaq. Bu istiqamətdə fəaliyyət təkcə mənəvi borcumuz deyil, həm də respublika iqtisadiyyatına real yardımdır”, - deyə parlament rəhbəri vurğulayıb.
Qeyd edək ki, 2022-ci ilin payızından Krım qanunverici orqanı bir sıra ukraynalı siyasətçi və oliqarxın əmlakının özününküləşdirilməsi ilə bağlı qərar qəbul edib. Antiterror komissiyası bu cür aktivlərin müəyyən edilməsi üzərində işləyir.
Krımın "rəhbəri" Sergey Aksenov bəyan edib ki, əmlakların satışından əldə olunan gəlirin əsas hissəsi müharibə iştirakçılarının ehtiyaclarına və sosial obyektlərin tikintisinə sərf olunacaq.
Günəş Fərəh
Den.az
Krımda obyektlərin yeni siyahısı formalaşdırılacaq

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.