Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Akif Qurbanov və Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli və Əli Zeynalov 14 il, Ramil Babayev, Müşfiq Cabbarov və İlkin Əmrahov 13 il, Fərid İsmayılov və Elmir Abbasov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin qərarı ilə Elmir Abbasov birbaşa məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, 6 mart 2024-cü ildə Daxili İşlər Nazirliyi “Toplum TV”nin ofisində və bir neçə ünvanda əməliyyat keçirmişdi. İş üzrə təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq ittihamı irəli sürülmüşdü.

