23 
dek
2023
14:52
1 475

ÖLKƏ TƏHSİLİNDƏ BİR İLK: 65 yaşdan yuxarı təqaüdə çıxmış müəllimlər bu layihədə iştirak edib-FOTO/VİDEO

23 dek, 2023
14:52
1 475

ÖLKƏ TƏHSİLİNDƏ BİR İLK: 65 yaşdan yuxarı təqaüdə çıxmış müəllimlər bu layihədə iştirak edib-FOTO/VİDEO

Müəllimlər həyatını xalqının işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahibləridir. Bu peşə sahibləri öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhvələr verirlər.Məhz buna görə də müəllim əməyinin bənzəri yoxdur.Müəllim əməyi sözün əsl mənasında, fədakarlıq nümunəsidir.Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.

Xalqın tərəqqisi məktəbdən, məktəbin tərəqqisi isə müəllimdən başlayır.Müəllimlərin necə şərəfli ömür yolu keçdiyinin bariz nümunəsi olaraq ölkə təhsilində bir ilk layihə həyata keçirilib. 

Den.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbdə təşkil edilən maraqlı layihəyə məktəbdə illərlə dərs demiş 65 yaşdan yuxarı təqaüdə çıxmış müəllimlər dəvət edilib. 

Məktəbin 3-cü sinif şagirdləri və müəllimlərinin təşkil etdiyi layihə zamanı ömrünü illərlə bu şərəfli peşəyə həsr etmiş müəllimlər keçdikləri ömür yolundan, dərs dedikləri şagirdlərin sevgisindən danışıblar.Bildirilib ki, illər öncə dərs dedikləri şagirdlərin həyatda qazandıqları bütün uğurlar onları çox sevindirir, qürurlandırır.Ad-san sahibi olan yetirmələri haqqında həmişə iftixar hissi ilə söhbət açırlar.Onlar böyüməkdə olan gənc nəslə hər zaman müəllimlərini dinləməyi, onların verdiyi öyüd-nəsihətlərə qulaq asmağı tövsiyyə ediblər.Tədbirdə iştirak edən təqüdə çıxmış bütün müəllimlərə fəxri fərman və gül buketləri təqdim olunub. 
Layihə maraqlı tədbir proqramı ilə davam edib.Şagirdlər  hazırladıqları musiqili və əyləncəli tədbir proqramı ilə hər kəsin zövqünü oxşayıblar. 


Şahnaz Əliyeva
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar