may
2024
10:33
677

Əməkdar müəllim "Heydər Əliyevin 100 illiyi medalı" ilə təltif edilib-VİDEO

1 may, 2024
10:33
677

Əməkdar müəllim "Heydər Əliyevin 100 illiyi medalı" ilə təltif edilib-VİDEO

“Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır”.
 
Bəşəriyyət etiraf edir ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir və bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir, onu mənən yetkinləşdirir. Hazırda dövlətimizin qazandığı müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin nəticəsidir. Müəllimləri yeni cəmiyyət quruculuğunun memarları hesab etsək səhv etmərik.Axı hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olur.
 
"Den.az" xəbər verir ki, uzun illər təhsil sahəsində misilsiz xidmət göstərmiş müəllimlərdən biri də Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Təyyibə Hüseynovadır.
Çalışdığı bu müddət ərzində məktəbi öncül təhsil ocaqları sırasına çıxaran Təyyibə Hüseynovanın gərgin əməyi  zaman-zaman dövlət tərəfindən qiymətləndirilib.
Elə bu misilsiz xidmətlərinin nəticəsi olaraq Təyyibə Hüseynova Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Heydər Əliyevin 100 illiyi medalı" ilə təltif edilib. 
 
Qeyd edək, "Heydər Əliyevin 100 illiyi medalı" Təyyibə Hüseynovaya  Abşeron RİH-nin başçısı Abidin Fərzəliyev tərəfindən təqdim edilib.
 
Əməkdar müəllimə gələcək şərəfli işində uğurlar arzulayırıq. 

Şahnaz Əliyeva
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar