16 
mar
2024
01:29
2 396

Bu məktəbdə şagirdlərin müasir dərs metodu gündəm oldu-VİDEO

16 mar, 2024
01:29
2 396

Bu məktəbdə şagirdlərin müasir dərs metodu gündəm oldu-VİDEO

Müəllim təhsil prosesində əsas simadır.Öz üzərində çalışan, daim axtarışda olan, həmişə yeni fikirlə sinifə daxil olan müəllimlər işlərində hər zaman yeni səmərə və uğur əldə edirlər.

Yeni təlim metodları ilə dərslərin qurulması şagirdlərdə müstəqil yaradıcı düşünmə qabiliyyətini, yeni biliklərə sərbəst yiyələnmək bacarığını inkişaf etdirir.

Müəllim hər zaman yaradıcı olmalı, fərqli fikirlər irəli sürüb uşaqlarda məktəbə və təhsilə yüksək motivasiya yaratmalıdır.Sinifdə xoşbəxt mühit yaradıb, daha sonra o mühiti öyrədici mühitə çevirmək çox vacibdir.

Uşaqlarda fərqli düşüncə sərgiləməklə bu gün Respublika təhsil müəssisələrində uşaqlar üçün maraqlı layihələr həyata keçirilir.

"Den.az" xəbər verir ki, növbəti fərqli bir layihə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Masazır kənd 4 saylı tam orta məktəbdə təşkil edilib.Məktəbin müəllimi Samirə Məmmədovanın təşkilatçılığı ilə 4b sinif şagirdləri tərəfindən hazırlanmış " Canlanan atalar sözləri "  sərgisi hər kəsin böyük marağına səbəb olub.

Sərgi zamanı uşaqlar müdrik sözləri hazırladıqları əl işləri vasitəsilə nümayiş etdiriblər.Sərgidə iştirak edənlər qeyri-adi formada təşkil edilən layihəni yüksək qiymətləndiriblər.Bildirilib ki, təşkil edilən belə layihələr təhsil sisteminə fərqlilik gətirməklə yanaşı uşaqlarda böyük həvəs, təhsilə, məktəbə maraq və bağlılıq yaradır.

Şahnaz Əliyeva
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar