apr
2024
18:29
1 468

Həyatınının 40 ilini müəllimliyə həsr edən pedaqoq: MƏN ŞAGİRDLƏRİMLƏ NƏFƏS ALIRAM-VİDEO

8 apr, 2024
18:29
1 468

Həyatınının 40 ilini müəllimliyə həsr edən pedaqoq: MƏN ŞAGİRDLƏRİMLƏ NƏFƏS ALIRAM-VİDEO

Təkcə bilik öyrətmir müəllim, bəzən qayğıkeş ana, sirrlərimizi bölüşəcəyimiz yaxın sirdaşımız olur.Onlar bizim parlaq sabahımızın təməlidir.

Bu gün "Denaz.TV"-nin müsahibi ömrünün 40 ilini bu peşəyə həsr edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi Həkimə Məmmədovadır.

Həkimə Məmmədova ilə söhbətimiz olduqca maraqlı alındı.

Yaxşı müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalıdır.Özünü hər zaman şagirdlərə sevdirməyi bacarmalıdır deyir müəllim. Müəllim özünü o zaman xoşbəxt sanır ki, illər boyu çəkdiyi gərgin əməyinin bəhrəsini görür, təhsil verdiyi şagirdlərinin xoş sorağını eşidir.Şagirdlərinin ən xırda uğurlarına belə qəlbən sevindiyini söyləyən Həkimə Məmmədova elə bunun nəticəsi olaraq da illər öncə dərs dediyi şagirdlərinin bu gün harada yaşamasından aslı olmayaraq tez-tez öz sevimli müəllimlərini ziyarət etdiklərini bildirir. 

Çalışdığı Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbi hər zaman öncül təhsil ocaqları sırasına çıxaran müəllim onun gərgin əməyinin dövlət tərəfindən də yüksək qiymətləndirildiyini  vurğulayır. Biz də ömrünün 40  ilini müəllimliyə həsr edən Həkimə Məmmədovaya uzun ömür, can sağlığı, bu çətin və şərəfli  işində uğurlar arzulayırıq.

Şahnaz Əliyeva
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar